2023-24 mövsümünü icarə əsasında Türkiyə klubu “Hatayspor”da keçirən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov müqavilə ilə məxsus olduğu “Qrasshopper”ə qayıdıb.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçunun İsveçrə klubunda qalıb-qalmayacağı isə hələlik sual altındadır.

Hazırda Dadaşovla birlikdə komandada 5 forvard var. Ötən mövsümü icarə əsasında bu klubda keçirmiş Bredli Fink məxsus olduğu “Bazel”ə qayıdıb. Bu səbəbdən Sürix klubunun hücumunda ciddi boşluq yaranıb. İsveçrə mətbuatının iddiasına görə, heyətdəki forvardlardan da bəziləri ilə yollar ayrıla bilər. Buna görə də Dadaşovun növbəti mövsümü “Qrasshopper”də keçirmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, Renat Dadaşovun “Qrasshopper”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp