İsveçrə millisinin baş məşqçisi Murat Yakın məğlub olmadıqları üçün sevinir. AVRO-2024-də qrup mərhələsini bir qələbə, iki heç-heçə ilə başa vuran yığmanın çalışdırıcısı Almaniya ilə III turunun oyununda liderliyi əldən verdikləri üçün məyus deyil.

Təxrübəli mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşma barədə danışıb: “Məğlub olmadığımız üçün şadam. Almaniya kimi rəqibə qarşı layiqli mürbarizə apardıq. Qrupu birinci sırada başa vurmaq üçün əlimizdən gələni etdik, təəssüf ki, olmadı. Lakin 1/8 finala vəsiqə qazandıq, bunun üçün sevinirik. Növbəti oyuna hazırlaşacağıq, 1 həftə vaxtımız var”.

Qeyd edək ki, İsveçrə yığması 1/8 finalda B qrupunun ikincisi ilə üz-üzə gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp