Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrəyə qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

Futbolinfo.az saytı xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmaya xorvatiyalı, Lozannadakı matça isə slovakiyalı hakimləri göndərəcək.

İyulun 12-də “Dalğa Arena”da Macarıstanla keçiriləcək görüşü Yelena Peykoviç idarə edəcək. Ona Sanya Rodyak-Karşiç və Qordana Katuşiç köməklik göstərəcəklər. Matçın dördüncü hakimi Yelena Kumer olacaq.

İyulun 16-da Lozannada İsveçrə ilə son duelin ədalət təmsilçisi isə Miriama Boçkova olacaq. Miroslava Pastorekova ilə Aleksandra Varqova yan xətt hakimi qismində fəaliyyət göstərəcəklər. Oyunun dördüncü hakimi isə Zuzana Valentovadır.

Qeyd edək ki, B Liqasının 1-ci qrupunda yer alan millimizin aktivində 4 xal var. Komandamız Macarıstanla birlikdə 3-4-cü yerləri bölüşdürür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp