“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk “Neftçi”yə təyinat alacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Futbolinfo.az-a açıqlama verən təcrübəli mütəxəssis bu cür mövzuları şərh etmək istəmədiyini deyib: “Zaman-zaman belə xəbərlər çıxır. Mən bunlara münasibət bildirmək istəmirəm. Bu cür xəbərlər olur və heç bir şərh verməyi düşünmürəm”.

Qeyd edək ki, Roman Qriqorçuk 2014/2018-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub. O, “qırmızı qaralar”la iki dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp