Almaniyadakı pab sahibləri Avropa çempionatının 2-ci turunda İsveçrə ilə oyundan (1:1) sonra Şotlandiya millisinin azarkeşlərinin bütün spirtli içki ehtiyatlarını bitirdiklərindən şikayətləniblər.

“Şotlandiyalı azarkeşlər nə oldu içirdilər – pivə, cin və araq. Zirzəmimiz tamamilə boşdur. Eyni şey digər barlarda da baş verib.Hətta bayram günlərində bu qədər satış olmayb. İndi hamımız İngiltərə fanatlarını içki ilə təmin etmək üçün pivə zavodlarından tədarükləri artırmağa çalışırıq”, – deyə “The Sun” nəşri Kölndəki İrlandiya barının menecerindən sitat gətirib.

Xatırladaq ki, Şotlandiya yığması A qrupunda 1 xalla sonuncu yeri tutaraq turnirdəki çıxışını başa vurub. Növbəti oyunda İngiltərə Sloveniya ilə qarşılaşacaq. Qarşılaşma iyunun 25-də baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp