Peşəkar Tennis Assosiasiyasının (ATP) yenilənmiş reytinqi dərc edilib. İlk onluqda əsas dəyişiklik serb tennisçi Novak Cokoviçin ikinci yerə qalxmasıdır.

Ötən həftə ispan Karlos Alkaras Londonda keçirilən turnirin ikinci turunda britaniyalı Cek Dreyperə uduzaraq 450 xal itirmişdi. Bunun sayəsində Cokoviç onu qabaqlayaraq yenidən ikinci pilləyə yüksəlib. Serbiyalı tennisçi hazırda əməliyyatdan sonra “Uimbldon” turnirinə hazırlaşır.

Polşalı Hubert Hurkaç 9-dan yeddinci yerə yüksəlib, avstraliyalı Aleks de Minaur isə iki mövqe itirib. Reytinqə italiyalı tennisçi Yannik Sinner başçılıq edir.

ATP reytinqi, 24 iyun:

1  (1). Yannik Sinner (İtaliya) – 9890 xal;

2 (3). Novak Cokoviç (Serbiya) – 8360;

3 (2). Karlos Alkaras (İspaniya) – 8130;

4 (4). Aleksandr Zverev (Almaniya) – 6905;

5 (5). Daniil Medvedev (Rusiya) – 6445;

6 (6). Andrey Rublyov (Rusiya) – 4420;

7 (9). Hubert Hurkaç (Polşa) – 4235;

8 (8). Kasper Ruud (Norveç) – 4025;

9 (7). Aleks de Minaur (Avstraliya) – 3830;

10 (10). Qriqor Dimitrov (Bolqarıstan) – 3750.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp