Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” ilə Moldova “Şerif”i arasında keçiriləcək oyunların başlama saatı və məkanı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Şerif”in rəsmi saytı məlumat yayıb.

İlk görüş iyulun 11-də “Şerif Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab oyunu isə iyulun 18-də Mərdəkandakı “Liv Bona Dea Arena”da keçiriləcək. Bu oyunun start fiti saat 20:00-da veriləcək.

Bu mərhələni adlayacaq komanda 2-ci təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp