“Sabah” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın “Slaven” klubundan İvan Lepinitsa ilə razılaşıb.

Bu barədə Xorvatiyanın “Germanijak” nəşri məlumat yayıb. Qeyd olunub ki, 24 yaşlı yarımmüdafiəçinin keçidi üçün klublar razılığa gəlib. Xorvatiyalı Krunoslav Renduliçin çalışdırdığı “Sabah”ın bu transfer üçün “Slaven”ə 400 min avro təzminat ödəyəcəyi də bildirilib.

Qeyd edək ki, İvan Lepinitsa ötən mövsüm “Slaven”də 28 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. O, Xorvatiyada “Riyeka” və “Zadar”, Almaniyada isə “Arminiya” klubunda çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp