“Şamaxı”nın yeni transferi Georgi Kantariyanın futbolinfo.az saytına müsahibəsi

– Yenidən Azərbaycana qayıtdınız. Təklif nə zaman gəldi?

– Bura qayıtmaq arzum idi. “Şamaxı”dan təklif alanda çox düşünmədim. O dəqiqə qərar verdim ki, gedə bilərəm.

– “Şamaxı” da 1 illik fasilədən sonar Premyer Liqaya dönüb. Uğurlu olacağını düşünürsən?

– Bəli, çünki Ayxan Abbasovun həmişə yaxşı komandası olub. O, yaxşı məşqçi olduğunu sübut edib. Fikrimcə, biz qarşıya qoyulan məqsədə nail olacağıq.

– Bura qayıtdığınız üçün xoşbəxtsiniz? Azərbaycan çempionatından başqa komandadan təklif almışdınız?

– Şadam ki, Azərbaycana qayıdıram. Başqa heç bir komandadan təklif almamışdım. Yalnız “Şamaxı” məni heyətində görmək istədi və bura gəldim.

– “Kəpəz”lə əlaqələrin qalır?

– Bəli, orada mənim dostlarım var. Onlarla hər zaman əlaqə saxlayıram.

– Gəncə klubu ötən mövsümün ikinci yarısını çox yaxşı keçirdi. İzləyirdiniz?

– Bütün oyunlara baxdım. Gəncədə çoxlu dostlarım var və mən həmin şəhərə aşiq oldum. Orda keçirdiyim zaman üçün kluba təşəkkür edirəm.

– “Şamaxı”da hədəfiniz nədir?

– Komandanın qarşıya qoyduğu hədəflərinə çatmasına kömək etmək. Özümü burada uğurlu şəkildə göstərmək istəyirəm. Azərbaycana gəlmişəmsə, sübut etməliyəm ki, buna layiqəm. Azərbaycan Premyer Liqasında növbəti mövsüm marağın daha da yüksələcəyini düşünürəm. Keçən mövsüm də maraqlı idi, ümumiyyətlə, yaxşı liqadır. 4-5 komanda son turlara qədər avrokubok mübarizəsi apardı, medallar uğrunda yarışdılar.

– Gürcüstan milli komandası AÇ-2024-ün final mərhələsində çıxış edir. Onlardan nə gözləyirsən?

– Mən çox xoşbəxtəm. Tarixdə ilk dəfə AÇ-2024-də oynayırıq. Buna görə komandamızın hər bir oyunçusuna təşəkkür edirəm, onlarla qüruru duyuram.

ƏZİZ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp