Türkiyə millisinin qapıçısı Doğan Alemdar heyətdən çıxarılıb.

Futbolinfo.az qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, Fransa təmsilçisi “Trua”nın qapıçısı məşq zamanı dizindən zədə aldığı üçün AÇ-2024-də iştirak edə bilməyəcək.

F qrupunda yer alan “ay-ulduzlular” ilk oyunda Gürcüstan millisinə 3:1 hesabı ilə qalib gəlib. İkinci görüşündə Portuqaliyaya 0:3 hesabı ilə uduzan Vinçentso Montellanın rəhbərlik etdiyi yığma iyulun 26-da Çexiya ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp