“Sabah” ötən mövsüm komandada icarə əsasında çıxış edən Kahim Parrisi birdəfəlik transfer edib. Bu barədə klubun saytı məlumat yayıb.

“Sabah” Kiyev “Dinamo”sundan aldığı vingerlə 4 illik müqavilə imzalayıb.

Kahim ötən mövsüm “Sabah”ın heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 8 qolun ötürməsini edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp