“Real” Xoselu ilə vidalaşıb. Madrid klubu “Espanyol”dan icarəyə götürdüyü hücumçunu birdəfəlik transfer etməyi lazım bilməyib.

Futbolinfo.az xəbər verir ki, İspaniya, İngiltərə və Almaniyada bir çox klubun formasını geyən Xoselu karyerasının zirvəsinə 34 yaşında çatdı. Son mövsümdə “Real”la İspaniya çempionu olan oyunçu həmçinin ölkə Superkubokunu, ən əsası, Çempionlar Liqasını qazandı. O, bundan sora karyerasını bitirənədək daha çox pul qazanmaq haqda düşünmək niyyətindədir.

Təsadüfi deyil, Xoselu müqavilə ilə daha bir il bağlı olduğu “Espanyol”da qalmaq istəmir. O, Qətərin “Əl Qarafa” klubundan aldığı sərfəli təklifi dəyərləndirmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp