“Rubin”in sabiq məşqçisi Rinat Bilyaletdinov həmkarı Kurban Berdıyevin “Turan Tovuz”un baş məşqçi postuna gətirilməsinə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, 66 yaşlı mütəxəssis Rusiya mətbuatına açıqlamasında bu keçidin Azərbaycan klubuna faydalı olacağını deyib.

“Azərbaycana köçmək Berdıyev üçün çətin məsələdir. Ona yalnız dəstək sözləri deyə bilərəm və uğurlar arzulayıram. Sakit şəkildə öyrədib məsləhətləşdikdə özünü formada saxlayır. Berdıyev ürəyində işləmə həvəsi olan səhra komandiri olaraq qalır. Bu baxımdan Yuri Syomin, Boris İqnatyev və Hacı Hacıyevə bənzəyir. İşdə yaşlarını hiss etmirsiniz”, – deyə Rinat Bilyaletdinov söyləyib.

Qeyd edək ki, Kurban Berdıyevin yaxın müddətdə “Turan Tovuz”a təyinatının rəsmiləşməsi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp