2023-2024 mövsümündə legioner həyatı yaşayan daha bir futbolçu Azərbaycana qayıtmaq üzrədir.

Futbolinfo.az saytının məlumatına görə, “Qarabağ”a qayıdan Musa Qurbanlıdan sonra Rahil Məmmədov da yenidən Premyer Liqada çıxış edə bilər. Ancaq müdafiəçi keçmiş komanda yoldaşından fərqli olaraq, “Qarabağ”a deyil, “Turan Tovuz”a keçə bilər.

Baş məşqçi postunda dəyişikliyə gedən və avrokuboklara vəsiqəni hədəfləyən Tovuz təmsilçisi müdafiə xəttini məhz Polşa klubu “LKS Lodz”un üzvü ilə gücləndirmək niyyətindədir.

Məmmədova ilk təklif də edilib. Polşa klubunda qalmaq fikrində olmayan və digər təklifləri nəzərdən keçirən Rahil “Turan Tovuz”a hələlik “yox” cavabını verməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp