“Rostov”un və Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov “Turan Tovuz”la anlaşan Kurban Berdıyevin Azərbaycana köçməsini dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, Kafanov həmkarının bu təyinatına sevinmədiyini etiraf edib. Çünki o, Berdıyevin Rusiya futboluna hələ də xeyir verə biləcək səviyyədə olduğunu düşünür: “Dinamo” Premyer Liqaya yüksəldi. Berdıyev Mahaçqala klubunda qalsaydı, ona qarşı çıxış etmək maraqlı olardı. Düşünürəm ki, Berdıyev hələ də futbolumuza fayda verə bilər. Mən də istərdim ki, onun arzuladığı hər şey reallaşsın”.

Berdıyev 2023-cü ilin iyulundan bu ilin fevralına kimi “Dinamo”nun baş məşqçisi olub. Apreldə isə klubda prezidentin müşaviri vəzifəsini tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp