“Krasnodar”ın futbolçusu Kadi Borqes böyük ehtimalla bu mövsümdən yenidən “Qarabağ”ın formasını geyinəcək.

Futbolinfo.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, braziliyalı vinger Azərbaycan çempionu ilə müqavilənin bütün şərtlərini razılaşdırıb. Lakin transferin reallaşması üçün Ağdam klubu “Krasnodar” rəhbərliyinin razılığını almalıdır.

Tərəflər keçiddə ortaq məxrəcə gələ bilməsələr, “Qarabağ” alternativ variant olaraq iyulun 1-də azad agent statusu daşıyacaq Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Aleksey Kaşuka yönələcək.

Qeyd edək ki, Kadi Borqes “Krasnodar”a ötən ilin yanvarında “Qarabağ”dan keçib. Aleksey Kaşuk isə 2022-2023-cü illərdə icarə əsasında “Sabah”ın formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp