Kazanda keçirilən BRİKS oyunlarına 20 ölkənin bir nəfər də olsun iştirakçısı gəlməyib. Halbuki bu ölkələr yarışda iştirakçı dövlətlər kimi göstərilib. Bunlar Əlcəzair, Boliviya, Botsvana, Böyük Britaniya, Macarıstan, Almaniya, İspaniya, Mavritaniya, Meksika, Paraqvay, Peru, Portuqaliya, Puerto-Riko, Cənubi Koreya, Slovakiya, Toqo, Xorvatiya, Çili, İsveçrə, Esvatinidir.

Fransadan cəmi bir nəfər olub. O da 2023-cü ilə qədər Rusiya bayrağı altında yarışan gimnast Viktoriya Perisikdir. Bir çox başqa ölkələrin siyahılarında 1-2 idmançı qeyd edilib ki, onların da yarışdığı idman növləri belə göstərilməyib.

İtaliya və Yaponiyadan cəmi iki nəfər iştirakçılar sırasında yer alıb. Onlar da  breykdansçılar olub.

Ümumilikdə turnirin saytında 90 iştirakçı ölkə yer alıb. 38 ölkənin idmançıları BRİKS oyunlarında medal qazanıblar. Rusiya komandası 266-sı qızıl olmaqla 509 medalla ümumi sıralamada birinci yeri tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp