Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.

Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olur, uyğun bildiyiniz matçları kuponunuza daxil edirsiz.

Artıq variantlarımızdan yararlanmaq imkanınız olub. Yenə mərc etməyiniz üçün məsləhətimiz var.

BANKO KUPON ÜÇÜN

İngiltərə – Sloveniya: 1

* İngiltərə 4 xalla qrupda liderdir, Sloveniya 2 xalla 2-3-cü pillələri bölüşür.

* İngiltərə son 5 rəsmi oyunun 3-də qalib gəlib.

* Sloveniya son 3 oyunda qalib gələ bilmir.

* İngiltərə Sloveniyaya qarşı keçirdiyi 6 oyunun 5-də qalib gəlib, 1 oyun heç-heçə başa çatıb.

* Sloveniya son 2 oyunda İngiltərəyə qol vura bilmir.

SÜRPRİZ KUPON ÜÇÜN

Çexiya – Türkiyə: x2

* Türkiyə 3 xalla qrupda 2-ci, Çexiya 1 xalla 3-4-cü pillələri bölüşür.

* Çexiyanın son 4 rəsmi oyunda 1 qələbəsi var.

* Türkiyə son 3 oyunda Çexiyanı məğlub edib.

* Türkiyə 4 rəsmi oyunun 3-də Çexiyaya qalib gəlib.

QARIŞIQ KUPON ÜÇÜN

Çili – Argentina: 2

* İlk oyunda Argentina Kanadaya 2:0 hesabı ilə qalib gəlib, Çili Peru ilə 0:0 hesabı ilə heç-heçə edib.

* Argentina son 6 oyunda qalib gəlib.

* Çili son 7 oyunda 2 dəfə qələbə qazanıb, 3 dəfə məğlub olub.

* Çili son 12 oyunda Argentinaya qalib gələ bilmir.

* Bu komandalar arasında keçirilən son oyunda Argentina 2:1 hesabı ilə qalib gəlib.

ARZULANAN KUPON ÜÇÜN

Danimarka – Serbiya: qarşılıqlı qol

* Danimarka son 4 oyunda həm qol vurur, həm də qapısında top görür.

* Danimarka son 5 oyunda qol vurur.

* Danimarka 6 oyundur ki qol buraxır.

* Serbiya son 5 oyunun 4-də qol vurub.

* Serbiya son 4 oyunun 3-də qol buraxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp