“Qarabağ” heyətin qorumağı bacarıb. Demək olar, bütün əsas oyunçuları üçün təklif alan ağdamlılar, onların hamısını saxlamağa müvəffəq olub. Düzdür, vazkeçilməz təklif olarsa, kimsənin getməsi mümkündür, lakin hazırkı məqamda hamı çempionun düşərgəsində qalacaq.

“Qarabağ”ın ən böyük problemi Abdullah Zubirlə bağlı idi. Uzun illərdir Ağdam klubunun şərəfini qoruyan Mərakeş əsilli fransalı bitən müqaviləsini yeniləmirdi. Zubir bir sıra ölkələrdən sərfəli təklif alıb. Fransa başda olmaqla, bir sıra ölkələrin klubları yarımmüdafiəçini azad agent kimi heyətinə qatmaq stəyir. Xüsusilə Səudiyyə Ərəbistanından ona vazkeçilməz təklif gəlib. Amma “Qarabağ” rəhbərliyi liderini heyətdə saxlamaq üçün mümkün olan hər şeyi edib. Qeyri-adi bir şey baş verməsə, “10 nömrə” tezliklə yeni müqavilə bağlayacaq.

Kadi Borgeslə bağlı vəziyyət isə fərqlidir. Brazilyalının özü ilə bağlı problem yoxdur – o, geri dönmək üçün razılığını verib. “Krasnodar”ın tələb etdiyi məbləğ isə həddindən artıq yüksəkdir. Rusiya klubu güzəştə getsə, transfer hər an baş tuta bilər.

Heyəti gücləndirmək üçün digər variantları da nəzərdən keçirən çempionun daha bir qapıçı ilə də anlaşdığı deyilir. Andrey Lunyovun əvəzinə Fabian Buntiçi gətirən ağdamlılar, getmək istəyən Luka Quqeşaşvilini daha yaxşı biri ilə əvəzləmək üçün çalışır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp