Bu gün Bakı vaxtilə saat 20:00-da Avropa çempionatının 3-cü turunda Avstriya ilə Niderland milli komandaları qarşılaşacaq. Hazırda D qrupuna niderlandlılar dörd xalla başçılıq edir, avstriyalıların isə üç xalı var.

“Red Bull” komandasının müşaviri, avstriyalı Helmut Markonun sözlərinə görə, Maks Ferstappen Niderlandın qələbəsinə əmindir. Formula 1-in üçqat çempionu bir neçə gün əvvəl görüşün 3:1 hesabı ilə Niderland komandasının xeyrinə başa çatacağını deyib. Avstriyanın Polşa üzərində qələbəsindən sonra Maks, Ralf Ranqnikin komandasının yaxşı oynadığını da  etiraf edib.

Helmut Marko isə Ferstappenlə müqayisədə fərqli nəticə proqnozlaşdırır. “Fransa ilə oyunda komandamız məni heyran etdi. 1:1 olacağını güman edirəm. Futbolçularımız hər topun arxasınca qaçır, təzyiq göstərirlər. Əminəm ki, Ditrix Mateşits də komandamızın oyununu bəyənərdi”, – deyə Marko iki il əvvəl vəfat edən “Red Bull”un həmtəsisçisini xatırlayaraq bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp