Azərbaycanı Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya Uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 8 atlet təmsil edəcək.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

Fəxri kürsüdə Səlma Ağabəyova (100 m, 4×100 m, 4×400 m), Safiya Kərimova (100 m, 200 m, 4×100 m, 4×400 m), Fidan Osmanova (200 m, 4×100 m, 4×400 m), Mələk Hüseynova (uzunluğa tullanma, 4×100 m, 4×400 m), Mehdi Abbaszadə (100 m, 200 m, 4×100 m), Ümid Xudaverdiyev (200 m, 400 m, 4×100 m, yakut tullanmaları), Şamxal Həsənzadə (uzunluğa tullanma, 4×100 m) və Ramil İsmayılov (uzunluğa tullanma, üçtəkanla tullanma, yakut tullanmaları, 4×100 m) yer almağa çalışacaq.

Qeyd edək ki, yarışın açılışı iyunun 26-da, bağlanış mərasimi isə iyulun 6-da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp