“Turan Tovuz” transfer etmək istədiyi iki rusiyalı qapışıdan birinin keçidini rəsmən elan edib. Baş məşqçi Kurban Berdıyevin israrı ilə gətirilən İvan Konovalovla 1+1 illik müqavilə bağlanılıb.

Futbolinfo.az xəbər verir ki, qərblilər tezliklə daha bir əcnəb qolkiperin keçidini açıqlayacaq. Həmin əlcək sahibi də Berdıyevin istəyi ilə heyətə qatılır.

Bu iki qapıçıya birlikdə illik 180 min dollar ödəyəcək tovuzlular, Səlahət Ağayevi də istəyir. Legioner limiti nəzərə alınaraq bir yerli əlcək sahibinə ehtiyac duyulur və “Səbail”dən ayrıldıqdan sonra işsiz qalan Səlahət bu rola uyğun bilinib. Aylıq 15 min manat maaş istəyən Ağayevlə razılıq əldə olunsa, tovuzluların təkcə qapı xəttinə 400 min manatdan çox xərc çəkəcəyi aydınlaşır.

Əslində, qərblilər ya əcnəbilərdən birindən imtina etməli, ya da yerli gənclərdən kimisə heyətə daxil etsəydi, daha yaxşı olardı. Lakin görünür, Berdıyev avrokuboka vəsiqə qazanmağa köklənib. Deməli, komandadan növbəti əcnəbi transferlərini gözləyə bilərik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp