“Mübarizəni dayandırmağımıza baxmayaraq, azarkeşlərimizə dəstəkləri üçün təşəkkür etmək istərdim”. Bunu Polşa millisinin baş məşqçisi Mixal Probyerz Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Fransa ilə oyundan sonrakı mətbuat konfransında deyib.

Mütəxəssis futbolçularına da təşəkkür edib: “Sona qədər mübarizə apardıq, yaxşı oyunlarımız oldu. Mən yenə də futbola davam etmək istəyirəm. Oyunçulara sadiqliklərinə görə təşəkkür edirəm. Pley-offa vəsiqə qazana bilmədiyimiz üçün təəssüf ki, buradan ayrılmaq məcburiyyətindəyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp