“Bir çox aspektlərdə çox pis başladıq. Aqressiv deyildik və rəqibə təzyiq yox idi”. Bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda Avstriyaya qarşı keçirdikləri oyunda sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis fürsətlərdən istifadə edə bilmədiklərini söyləyib: “Matça nəzarət etmirdik. Sonradan bir qədər yaxşı oynadıq və fürsətlərimiz oldu. Lakin bizi cəzalandırdılar. Meydanda məsuliyyəti üzərimizə götürməliyik”.

Qeyd edək ki, Niderland – Avstriya matçı ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak etmək hüququ qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp