Belçika millisinin məşhur veteranı Aksel Vitsel AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunun Ukrayna ilə oyununu buraxacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

35 yaşlı müdafiəçi zədəlidir. Buna görə də o, Ukrayna ilə görüşdə meydana çıxa bilməyəcək.

Zədə səbəbindən Vitsel ikinci turun Rumıniya ilə oyununu da (2:0 qalibiyyət) buraxmışdı.

Bu gün keçiriləcək Belçika – Ukrayna oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp