“Oyunumuzla göstərdik ki, mərhələni keçməyə layiqik”. Bu sözləri Sloveniya millisinin baş məşqçisi Matias Kek Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin son turunda qarşılaşdıqları İngiltərə ilə matçdan sonra mətbuat konfransında deyib.

O, bütün azarkeşlərə təşəkkür edib: “Bu gün turnirin favoritlərindən biri ilə oynayırdıq. Bəlkə bir az bəxtimiz də gətirdi, lakin azarkeşlər arxamızda idi”.

Qeyd edək ki, qarşılşama 0:0 hesabı ilə yekunlaşıb. Sloveniya millisi ən yaxşı qrup üçüncüsülərindən biri kimi 1/8 finalda mübarizə aparmaq hüququq qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp