İsveçrə – İtaliya Avro 2024-ün pley-off mərhələsinin rəsmiləşən ilk cütlüyüdür. İyunun 29-da üz-üzə gələcək komandalar intensiv hazırlıq prosesindədirlər.

İsveçrə komandası hazırlıq üçün Ştutqartdakı bazaya köçüb. Yığmanın Düsseldorfda qalan videoanalitikləri isə qarət ediliblər.

Hadisə zamanı zərərçəkənlərdən biri Saşa Taux Almaniyanın “Bild” qəzetinə bu barədə açıqlama verib: “İsveçrə milli komandasının analitiklərinə məxsus üç noutbuk oteldən oğurlanıb və bu barədə artıq polisə məlumat verilib”, – deyə həmin şəxs bildirib.

Qeyd edək k, bu noutbuklarda ən vacib məlumatlar olmayıb. İnformasiyaların əksəriyyəti 19 yaşa qədər komanda ilə bağlı olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp