AFFA U-14 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzində üçüncü yer uğrunda oyun, “ASCO Arena”da isə final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Vətən İOEUGFMPHŞ” üzərində 2:1 hesablı qələbə qazanan “Qəbələ” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.

Xatırladaq ki, bu mövsüm “Qarabağ”ın əsas, U-13 və U-15 komandaları da çempion olub.

“Qarabağ”ın üzvü Daniil Rəcəbov mövsümün ən yaxşı oyunçusu seçilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp