Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Portuqaliya millisi Gürcüstanla üz-üzə gəlib.

Futbolinfo.az xəbər verir ki, Kristiano Ronaldo 0:2 hesabıyla uduzduqları oyunda Portuqaliya millisinin start heyətində yer almaqla Avropa çempionatlarında 28-ci oyununa çıxıb.

Ulduz futbolçunun hesabında dünya çempionatlarında da 22 görüş var.

Bununla da Ronaldo Dünya və Avropa çempionatlarında 50 matçda meydana çıxmış ilk futbolçu kimi tarixə düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp