“Son iki oyunda xarakter nümayiş etdirdik”. Bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Belçikaya qarşı oyundan sonra mətbuat konfransında deyib.

Sabiq futbolçu qarşılaşmanı yüksək səviyyədə keçirdiklərini söyləyib: “Təəssüf ki, Rumıniyaya uduzduğumuz ilk oyuna görə pley-offa vəsiqə qazana bilmədik. Turnir boyu yaxşı oyun göstərdik və bir sıra maraqlı məqamlar oldu. Avro-2024-də iştirakımız ölkəmiz üçün çox önəmli idi. Son iki oyunda xarakter nümayiş etdirdik. Amma bu həyatdır, insan səhv edir, önəmli olan nəticə çıxarmaqdır. Mən futbolçularımla fəxr edirəm”.

Qeyd edək ki, Ukrayna – Belçika matçı qolsuz yekunlaşıb. Ukrayna digər komandalar kimi 4 xal yığsa da, top fərqinə görə E qrupunu sonuncu sırada tamamlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp