“Sabah”ın sabiq futbolçusu Aleksey Kaşuk karyerasını Azərbaycanda davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, Donetsk “Şaxtyor”undan ayrılan və hazırda azad agent statusu daşıyan 23 yaşlı hücumameyilli futbolçu “Qarabağ”la anlaşıb. İddiaya görə, Kaşuk müqavilənin bütün detallarını razılaşdırıb. Halbuki onun Almaniya Bundesliqası və İspaniya La Liqasından təklifləri olub.

Qeyd edək ki, Aleksey Kaşuk 2022-2023 mövsümünü icarə əsasında “Sabah”ın heyətində keçirib. “Qarabağ” klubu israrla bu oyunçu ilə danışıq aparmadıqlarını deyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp