Formula 1-də komandalar gələn mövsüm üçün heyəti müəyyənləşdirməkdə davam edir. RB komandasında vakant qalan bir yer uğrunda Daniel Rikkardo və Liam Lousonun qiyabi mübarizəsi gedirdi.

“Red Bull”un avtoidman üzrə məsləhətçisi Helmut Marko Avstriyanın “Kleine Zeitung” qəzetinə müsahibəsində Liam Lousonun gələn il Yuki Tsunodanın komanda yoldaşı olacağını təsdiqləyib: “Səhmdarlar açıq şəkildə bildirdilər ki, RB gənclər komandasıdır. Biz də işimizi buna uyğun qurmalıyıq.

Öncəki ideya ondan ibarət idi ki, Daniel Rikkardonun təcrübəsi və performansı ona “Red Bull Racing”də yer qazandıra bilər. Lakin komandada yer Serxio Peresə məxsusdur, ona görə də bu plan da artıq aktual deyil. Tezliklə biz RB-yə gənc pilot dəvət etməli olacağıq. Bu, Liam Louson olacaq”.

Xatırladaq ki, avstraliyalı Daniel Rikkardo Bakı qran-prisinin qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp