“Zirə”yə və komandanın məşqçi heyətinə təşəkkür edirəm. Orada yaxşı zaman keçirdim” – bunu futbolinfo.az-a açıqlamasında “Zirə”dən ayrılan paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli deyib.

O, Bakı klubundan ayrılmasından danışıb: “Zirə” mənə inam verdi. Çalışdım ki, orada olarkən komandanın hədəflərinə çatmasında kömək edim. Hər kəsə təşəkkür edirəm. İndi isə istirahət edəcəm. Ondan sonra isə qərar verəcəm ki, harada oynayım. Ailəmlə məsləhətləşdikdən sonar yeni klubumu seçəcəm”.

Təcrübəli oyunçu Azərbaycandan təklif aldığını da bildirib: “Azərbaycandan təklif var. Burada hər zaman oynamağa hazıram. Çünki gələn təkliflər zamanı prioritetim həmişə birinci Azərbaycan olub. Bu liqada çıxış etmək maraqlıdır”.

Qeyd edək ki, Sezar Meza Kolli 2024-cü ilin qışında “Zirə”yə keçmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp