“Alpin” komandasının fransalı pilotu Pyer Qasli yeni uzunmüddətli müqavilə imzalayıb. Beləliklə, Qasli ən azı 2026-cı il mövsümünün sonuna qədər “Alpin”də qalacaq. Komandadan ayrılan Esteban Okonun yerinə keçəcək sürücünün adı hələlik məlum deyil.

Qasli Fransa komandasının heyətində 32 mərhələdə 67 xal toplayıb. O, 2023-cü il Belçika qran-prisində sprint yarışında üçüncü olub, Zandvoortda keçirilən Niderland qran-prisinin əsas yarışında isə podiuma yüksəlib.

Xatırladaq ki, Qasli ilə müqaviləni uzatmazdan əvvəl, Fransa komandası “Benetton” və “Renault F1”in keçmiş rəhbəri italiyalı Flavio Briatoreni məsləhətçi vəzifəsinə təyin edib.

Shares: