Xviça Kvaratsxeliya gələcəyi ilə bağlı son qərarı verməyib. O, hər şeyə Avro-2024-dən sonra aydınlıq gətirəcək.
Futbolinfo.az xəbər verir ki, Gürcüstan yığmasının lideri “Napoli”nin yeni baş məşqçisi Antonio Kontenin onun klubda qalacağı ilə bağlı dediklərini şərh etməyib: “Konte böyük məşqçidir. Ona hörmətim hədsizdir. “Napoli” də əla klubdur. Amma mən qərarımı Avro-2024-dən sonra verəcəm. Hazırda bütün fikrimzi İspaniya ilə 1/8 finaldakı matça yönəltmişik”.
Xatırladaq ki, Xviça iki il öncə keçdiyi “Napoli”də qalmaq istəmir. O, PSJ-dən sərfəli təklif alıb. İtaliya klubunun rəhbərliyi isə onu almaq istəyənin 180 min avro xərcləməli olduğunu bildirir.