Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşi üzrə ilk qaliblər müəyyənləşib.
Esra Məmmədli (49 kq) bürünc medal uğrunda ukraynalı Alyona Kolubayla güləşib. Həmyerlimiz hesabda 3:0 öndə olsa da, sonuncu dəqiqədə üstünlüyü əldən verib və fəxri kürsünün bir addımlığında dayanıb – 3:4.
Fidan Babayeva (57 kq) da debütdə medal qazanmaq şansını əldən verib. Güləşçimiz həlledici qarşılaşmada rusiyalı Doljon Tsunquyevaya “tuş”la məğlub olaraq, 5-ci yerlə kifayətlənib.