Amerika Kubokunda C qrupunun 2-ci turunun oyunları keçirilib.

Bolqollu keçən gecədə Uruqvay Boliviyanı darmadağın edib – 5:0. Qrupun və turnirin favoritlərindən ABŞ yığması isə gözlənilmədən Panamaya uduzub. Meydan sahiblərinin 1:2 hesabı ilə yenildiyi görüşdə “Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panamanın heyətində 90 dəqiqə meydanda olub.

Panama – ABŞ 2:1

Qollar: K.Blekmen, 26. Y.Faxardo, 83 – F.Baloqun, 22.

Uruqvay – Boliviya 5:0

Qollar: F.Pellistri, 8. D.Nunyes, 21. M.Arauxo, 77. F.Valverde, 81, R.Bentankur, 89.

Xal durumu: Uruqvay – 6, ABŞ – 3, Panama – 3, Boliviya – 0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp