21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Dmitri Nağıyev Ukraynada klubunu dəyişəcək.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi hazırkı komandası “Obolon”la yollarını ayırmaq qərarına gəlib.

Sağ cinah oyunçusu başa çatmaq üzrə olan müqaviləsini yeniləməyəcəyini açıqlayıb: “Müqaviləmin müddəti bir neçə günə başa çatır və biz onu yeniləməyəcəyik. Karyeramı harada davam etdirəcəyəm? Təklifləri gözləyirəm, hələlik konkret məlumat yoxdur. Baxacağıq”.

Bununla da Nağıyevin “Obolon”dakı birillik macərası başa çatıb. O, ötən ilin yayında keçdiyi paytaxt təmsilçisinin heyətində bütün turnirlərdə 23 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Qeyd edək ki, 2025-2026-cı illərdə U-21 millimizə çağırılmış Dmitri Nağıyev 2021-ci ilin yanvarından 2022-ci ili yayına qədər ölkəmizdə “Sumqayıt”ın formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp