Nyu-York şəhərində Milli Basketbol Assosasiyasının ənənəvi draft mərasimi baş tutub. Tarixin 78-ci draftı iki gün keçirilib. Bu, liqa tarixində ilk belə haldır.

İlk raund Bruklində, ikincisi isə Manhettendəki “ESPN Seaport District Studios”da təşkil edilib.

“Los Anceles Leykers” komandası 55-ci ümumi seçimlə Cənubi Kaliforniya Universitetindən Bronni Ceymsi heyətinə qatıb. O, Lebron Ceymsin oğludur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp