Beynəlxalq Olimpiya Komitəsi (BOK) Belarusdan olan iki tennisçini Parisdə keçiriləcək Olimpiadaya buraxıb.

BOK-un rəsmi saytında dərc olunan siyahıya əsasən, “Böyük dəbilqə” turnirlərinin ikiqat çempionu, dünyanın üçüncü raketkası Arina Sabalenka və “Böyük Dəbilqə” turnirlərinin ikiqat qalibi, dünyanın keçmiş birinci raketkasi Viktoriya Azarenka Olimpiya Oyunlarında iştirak edə biləcək.

Sabalenka səhhəti və sıx qrafiki ilə əlaqədar Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyəcəyini açıqlayıb. Hazırda idmançını kimin əvəzləyəcəyi məlum deyil.

2024-cü il Olimpiadasında tennis turniri iyulun 27-dən avqustun 4-dək torpaq kortlarda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp