“Neftçi” yay fasiləsində daha bir oyunçu ilə vidalaşıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Ataa Caber bakılılarla sağollaşıb.

29 yaşlı orta sahə oyunçusu ilə yeni müqavilə imzalançayıb. O, “Neftçi”dən gedən 6-cı oyunçu olub. “Neftçi” daha əvvəl Ömər Buludov, Turan Vəlizadə, Reziuan Mirzov, Eddi İsrafilov və Aqil Məmmədovu yola salmışdı.

Qeyd edək ki, 2022-ci ilin iyununda transfer olunan Ataa Caber “Neftçi”nin heyətində 58 oyunda 9 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp