Rəhim Sadıxovun “Sumqayıt”la müqavilə müddəti açıqlanıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi köhnə-yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.

O, Konfrans Liqası iştirakçısının yay fasiləsində ilk keçidi olub.

Qeyd edək ki, Rəhim Sadıxov 2019-2022-ci illər aralığında da “Sumqayıt”ın uğurları üçün çalışıb. Yarımmüdafiəçi bu müddət ərzində bütün turnirlər daxil olmaqla 79 oyunda iştirak edib, 19 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp