Tennis üzrə “Uimbldon” turnirinin püşkü atılıb. Əsas maraq doğuran sual Sinner, Cokoviç və Alkarasın turnir yolu olub. Püşkə əsasən, Sinnerlə Alkaras bir tərəfdə yer alıblar.

İtalyan tennisçini ikinci raundda çətin rəqib gözləyə bilər. Ot örtüyündə güclü olan Mario Berrettini həmyerlisi ilə qarşılaşmalıdır.

Turnirin yeddiqat qalibi Novak Cokoviçin isə ilk 4 rauyndda ciddi rəqibi olmamalıdır. Serbiyalı tennisçi tərəfdə Hurkaç, Zverev və Medvedev qərarlaşıb.

Qadınların püşkünə əsasən, dünya reytinqinin bir nömrəsi İqa Şvyonteklə turnirin keçənilki qalibi Marketa Vondrouşova eyni tərəfdədirlər. Belaruslu Arina Sabalenko isə Kori Qaufla eyni tərəfə düşüb.

Xatırladaq ki, çempionata bazar ertəsi start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp