Futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparan “İmişli” heyətini iki futbolçu ilə gücləndirə bilər.

Əyalət təmsilçisi ötən mövsüm “Qaradağ”Lökbatan klubunda forma geyinən Murad Qayalı və Xəlil Bəşirovla ilkin razılıq əldə edib. Hər iki futbolçu ilə yaxın günlərdə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, “İmişli” klubu geridə qoyduğumuz mövsümü 47 xalla 4-cü pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp