Milli komandamızın yeni baş məşqçisi Fernandu Santuşun azərbaycanlı köməkçiləri müəyyənləşmək üzrədir. 69 yaşlı portuqaliyanın iki yardımçısı yerli mütəxəssis olacaq.

Futbolinfo.az xəbər verir ki, Canni de Byazinin vaxtında köməkçi işləmiş, millin son oyunlara da çıxarmış Arif Əsədov yerində qalacaq. Qapıçılar üzrə məşqçi Kamran Ağayevin də düşərgədə saxlanılması lazım bilinib. Onlarla bağlı yekun qərar tezliklə veriləcək.

Santuş digər köməkçiləri isə özü ilə gətirəcək. Onlardan ikisi daim burada qalacaqsa, bəzlərin toplanışlar və oyunlar zamanı komandaya qoşulacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp