“Qalatasaray” “Çelsi”dən icarəyə götürdüyü Hakim Ziyeşin transfer hüququnu alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mərakeş millisinin üzvünün transferi İstanbul təmsilçisi üçün pulsuz başa gəlib. 31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Onun illik maaşı 2,8 milyon avro olacaq.

Qeyd edək ki, Hakim Ziyeş ötən mövsüm “Qalatasaray”ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp