Formula 1 üzrə Avstriya qran-prisində sprint mərhələsi baş tutub. Təsnifatda ən yaxşı nəticə göstərən Maks Ferstappen birinci yerdən start verməklə sona qədər liderlik mövqeyini qoruyub. Yalnız bir dəfə Lando Norris ondan önə keçsə də, Maks dərhal yenidən birinci pilləni geri qaytarıb.

Finiş xəttini “Maklaren” komandasının sürücüsü Oskar Piastri ikinci keçib. Onun komanda yoldaşı Lando Norris isə 3-cü olub.

“Mersedes” komandasının pilotları Corc Rassel 4, Lyuis Həmilton isə 6-cı nəticə göstərib. “Ferrari”dən Sayns 5-ci, Lekler 7-ci olub. Sprintdə 1 xal 8-ci yeri tutan Serxio Peresə qismət olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp