Hücumçu Tayrik Cons (27 yaş, 206 sm) rəsmən “Anadolu Efes”dən ayrılıb.
Consun “Partizan”a keçəcəyi gözlənilir. O, yeni komandası ilə 2 illik müqavilə imzalayacaq.
Nəhəng basketbolçunun İstanbul klubu ilə müqaviləsinin bitməsinə 1 il qalsa da, tərəflər sözləşməni pozmağa qərar veriblər.
Cons ötən mövsüm Avroliqada debüt edib, 34 oyunda orta hesabla 7,2 xal toplayıb və 4,3 ribaund edib.