Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin Albaniya “Eqnatiya”sında debüt edib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda yoldaşlıq oyunu keçirib.
“Eqnatiya” Sloveniya “Maribor”u ilə qarşılaşıb. Oyun heç-heçə ilə başa çatıb – 2:2.
Əliyev bu görüşdə start heyətində meydana çıxıb və yeni komandasında rəsmi debüt edib.
Azərbaycanın U-21 yığmasının sabiq üzvü olan Zamiq bu ay “Eqnatiya”ya keçib.