“Nyukasl”ın və İngiltərə millisinin 23 yaşlı hücumçusu Entoni Qordon “Liverpul”a keçə bilər. “The Sun”ın yazdığına görə, “sağsağanlar” maliyyə şərtlərinə əməl etməli olduqları üçün futbolçunun transferindən pul qazanmaq istəyir.

Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsində Qordon Sloveniya ilə 3-cü tur matçında (0:0) iştirak edib. Bu oyunda futbolçu bir dəqiqə meydanda olub. O, ötən mövsüm bütün yarışlarda 49 matçda iştirak edib, 12 qol vurub, 11 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp